Lidiya kralı Krez Azərbaycanda

1.00 AZN

Tarixin ən dəyərli bəlgələri daşlardır, üzərində yazısı olan daşlar, başqa nəsnələr üzərindəki bəlgələrdən fərqli olaraq, yazılı daşların ömürü daha uzun olur. Qayalar üzərində çizilən işarələr günümüzə qədər hələ yazının meydana çıxmadığı dönəmlərdən qalmışdır. Bunun örnəyini yaşı minilləri ötən Gəmiqaya və Qobustan qaya rəsmlərində görmək olur. Bu baxımdan, üzərində yazısı olan hər bir daşın tapılması tarixin yeni səhifəsinin açılmasına səbəb olur. Belə daşların Azərbaycanda tapılması, özəlliklə Miladdan öncəki yüzillərin ovqatını yansıtması baxımından daha çox önəm daşıyır, çünki Azərbaycan tarixinin ən qaranlıq və mübahisəli məsələləri həmin dönəmlərə aiddir. Yusif Bağırzadənin illərlə toplayıb yığdığı tarixi nəsnələr sırasında Antik çağa aid bir neçə yazılı daş da vardır. Burada Yusif bəyin kolleksiyasında toplanmış qədim möhürlər, kiçik insan və heyvan fiqurları haqqında deyil, yalnız bir neçə yazılı daşdan söhbət açmaq istəyirik. Məqsəd isə bu daşlardakı təsvir və yazılar üzərində elmi araşdırma aparmaq deyil, burada onların yalnız görüntülərini verib uzmanlara tanıtmaqdır, oxuculara isə sadəcə, yazılı daşların hazırlandığı dövrə baxmaq üçün o cağlarda baş verən olaylarda birbaşa iştirak etmiş türk boyları (man, mad, saqa, qamər) və lidiyalılar haqqında ümumi məlumatlar verməkdir. Ona görə də, daş üzərindəki yazıda adı keçən Lidiya kralı Krez, Pers şahı Kuruş və onlarla ilgili yunan filosofu Solon, türk elbəyimi Tomiris (Tumruz), tarixi olaylar, qurulan və dağılan dövlətlər haqqındakı tarixi bəlgələrdən bəhs edilir. İlk dəfə çap olunan buradakı yazılı daşlar üzərində araşdırma yapacaq uzmanlara başarı diləyir, alınacaq elmi nəticənin Azərbaycan tarixinə, özəlliklə, Saqa, Mada cağına və Selevkilər dönəmində yunan-türk əlaqələrinə bəlgə kimi daxil olacağını ümid edirik.

Etiketler: