Azər Xalqı

1.00 AZN

Azərbaycan tarixi barədə çoxlu kitablar yazılmasına baxmayaraq, 40 milyon Azər xalqının ulu yurdu olan Azərbaycan ikiyə ayrıldığı kimi, onun tarixinə və soykökünə baxışda da iki əks fikir yaranmış və bu sahə ilə məşğul olan alimlər iki cəbhəyə ayrılmışdır:
1. Azər xalqını Azərbaycana gəlmə hesab edənlər,
2. Azər xalqını Azərbaycanın yerli əhalisi sayanlar.
Birinci konsepsiya ilə xeyli kitab yazılmışdır, lakin ikinci fikrin tərəfdarları Sovet senzurasının basqısı altında geniş və fundamental əsərlər ortaya çıxarmaq imkanından məhrum olmuş, yalnız kiçik həcmli yazılar və tək-tük məqalə çap etdirə bilmişlər. Prof. Ə. Dəmirçizadənin 1947-də yazdığı “Azər dilinin tarixi” kitabı isə elə həmin il qadağan edilib yandırılmışdır. Ancaq belə yazıların sayı son 20 ildə artmağa başlamışdır ki, bunların sırasına Prof. Firudin Ağasıoğlu Cəlilovun məqalələri də daxildir.
Müxtəlif illərdə cap olunmuş məqalələr toplusu olan bu kitabda oxucu Azər xalqının qədim tarixi, coğrafiyası, dili və etnoqrafiyası ilə tanış ola biləcəkdir.
Kitab Azər türklərini sevən və onun milli tarixinə hörmət edənlər üçün nəzərdə tutulmuşdur.
Dünyanın bir neçə Türk dillərinə tərcümə edilən bu Bestselleri Siz də oxuyun.

Etiketler: