Posted on

QƏDİM AZƏRBAYCANDA DEMOKRATİYA

Demokratiya termini “xalq hakimiyyəti” anlamında olub, yunanca demos – “xalq” və kratos – “hakimiyyət” sözlərindən yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır və vətəndaşların insan haqlarını, hüquq bərabərliyini təmin edir. Azərbaycanda və ümumiyyətlə Şərqdə ilk demokratik dövlət 1918-1920 arasıvda mövcud olan Azərbaycan Cümhuriyyəti hesab olunur, lakin Qədim Dünya tarixini öyrənərkən görürük ki, Qədim Azərbaycanda 4 min il (!) əvvəl demokratik dövlət qurulmuşdur. İlk baxışdan bu fikir qəribə görünsə də, o dövrün tarixi qaynaqları və xüsusilə Babil salnamə yazısı həmin faktı təsdiq edir. Həmin qaynaqlara keçmədən öncə mövzu ilə bağlı bəzi məsələlərin üzərində dayanmaq lazım gəlir. Bəllidir ki, Qədim Azərbaycan torpaqlarında islama qədər bir-birinin ardınca Aratta, Lulu, Quti, Subar, Turuk, Kassi, Mana, Mada, Saka, Atropaten, Alban və digər dövlətlər qurulmuşdur – Protoazərbaycan (türk) tayfaları bu dövlətlərin çoxunda aparıcı etnos olmuş, bəzilərində (Lulu, Kassi, Mada) isə aktiv iştirak etmişlər. Burada məqsədimiz həmin dövlətlərin tarixindən bəhs etmək deyil, yalnız Quti dövlətindəki demokratik hakimiyyət qurumu barədə əldə olunan məlumatlara diqqəti çəkməkdir. Miladdan öncə III minilin ikinci yarısında Urmi gölü civarında yaşayan quti adlı protoazərbaycan tayfaları 23-cü əsrin sonunda bölgədəki digər tayfaları əz ətrafında toplayıb, böyük birlik yaratmışdılar. Belə birliyin yaranması o dövrün tarixi zərurəti idi, çünki ayrı-ayrı bəyliklər şəklində yaşayan quti, lulu, turuk və sair tayfalar vaxtaşırı batıdan Akkad, güneydən isə Elam şahlarının hücumuna məruz qalır, çapılıb-talanırdılar. Ona görə də yadelli işğalçılara qarşı mərkəzləşmiş hakimiyyəti olan Quti dövləti yarandı. Quti hökmdarı Enridavazir 2201-ci ildə Akkad çarı Naramsueni məğlub edəndən sonra İkiçayarası ərazilərinin güney bölgələri qutilərin nəzarəti altına keçdi, Akkad zülmündən xilas olan və qutilərə xilaskar qüvvə kimi baxan şumerlər də quti hökmranlığını qəbul etdilər. Beləliklə, Qədim Dünya tarixinin ən maraqlı səhifələrindən biri – qədim mədəniyyət beşiyi Şumer üzərində protoazərbaycan tayfaları qutilərin hakimiyyəti başlandı və 91 il 40 gün sürən bu hakimiyyət dövrü əvvəlki və sonrakı illərdən fərqli olaraq, müharibəsiz, başçısı”, “canişin” anlamlı Tarkan (Tarikan?) sözünə oxşarlığı belə bir ehtimala əsas verir ki, Tirikan quti çarı yox, Quti dövlətinin Şumerdəki canişini imiş. Lakin Akkad yazısındakı Tirikan adı Türükan (Türkan) və ya bugünkü deyimlə Dirikan da ola bilər ki, bu halda Babil mirzəsi onu çarların siyahısında verməkdə səhv etməmişdir. Quti çarları adlarının və hər çarın neçə il (2, 3, 6 və 7 il) hakimiyyətdə olmasını göstərən siyahı bir neçə dəfə elmi əsərlərdə çap olunsa da, hər çarın hansı illərdə hakimiyyətdə olması tam verilməmişdir. Ona görə də məlum siyahıya yalnız çarların hansı illərdə hakimiyyətdə olduğunu göstərən sonuncu qrafanı əlavə edirik:

Enridavazir ? il 220?-2200
İmta 5 il 2200-2196
İnqeşuş 6 il 2196-2191
Sarlaqab 6 il 2190-2185
Yarlaqaş 6 il 2184-2179
Elulumeş 6 il 2178-2173
İnimabakeş 5 il (yarımçıq) 2172-2168
İnqeşuş 6 il 2168-2163
Yarlaqab 15 il 2162-2148
İbate 3 il 2147-2145
Yarlaqab 3 il 2144-2142
Kurum 1 il (yarımçıq) 2141-2140
Habilkin 3 il 2140-2138
Laerabum 2 il 2137-2136
İrarum 2 il 2135-2134
İbranum 1 il (yarımçıq) 2133-2132
Hablum 2 il 2132-2131
Puzur-Suen 7 il 2130-2124
Yarlaqanda 7 il 2123-2117
Sium 7 il 2116-2110
Tirikan 40 gün (yarımçıq) 2109

Quti sülaləsinin süqutundan sonra Babilistanda Akkad dilində tərtib olunmuş bu siyahı Azərbaycanın qədim tarixi baxımından olduqca qiymətli sənəddir. Bu tarixi abidədəki bulmacaların cavabı demokratik dövlət quruculuqu tarixinə yeni baxışlar gətirməlidir. Əvvəla, siyahı bunu aydın göstərir ki, yüz il ərzində Quti dövlətində dörd dəfə hakimiyyət illərinin silsiləsi (6, 3, 2, 7 ) dəyişmişdir və əksər Quti çarları onlara ayrılan hakimiyyət illərini tam başa vurmuş, yalnız dördünün (İmta, İnimabakeş, Kurum və İbranum) hakimiyyət dövrü yarımçıq qalmış, Tirikan isə devrilmişdir. Quti dövlətindəki mövcud hakimiyyət ili reqlamenti İkiçayarası sülalələrinin hakimiyyət illərini tərtib edən katibləri də çaşdırmışdır, çünki Quti çarlarından fərqli olaraq digər sülalələrdə çarlıq irsi idi və atadan oğula keçirdi və ona görə də hər hansı bir çar ölənə və ya devrilənə qədər hakimiyyətdə olurdu. Quti çarları isə onlara ayrılan vaxtdan, reqlamentdən kənara çıxa bilməzdi, çünki onları seçən də, geri çağıran da xalq vdi.

Qədim türk dilində dövlət və xalq bir sözlə – el sözü ilə ifadə olunurdu və əsl demokratiya (xalq hakimiyyəti) El qurumunda özünü göstərirdi. Quti Eli ona görə demokratik qurum idi ki, elbəy (çar) bölgə bəylərinin, ağsaqqallar şurasının, xalq elçilərinin toplandığı toyda (qurultayda) seçilirdi və ona ayrılan hökmdarlıq vaxtı bitəndə tərəyə (qanuna) uyğun olaraq, imtiyazlarını yeni seçilən elbəyə verirdi.Xalqın iradəsi ilə taxta çıxan və taxtdan düşən elbəy xalqın istəyi ilə hərəkət etməli idi. Nüfuzlu və xalqın etimadını doğruldan elbəylər təkrar seçilə bilirdilər. Siyahıdan məlum olur ki, İnqeşuş iki dəfə seçilmiş, Yarlaqab isə beş dəfə təkrar və bir seçki müddəti fasiləsindən sonra yenidən elbəy məqamına yüksəlmişdir. Hakimiyyəti yarımçıq sürən dörd elbəy isə (əgər elbəylik dövründə ölməmişlərsə) vaxtından əvvəl geri çağırılmışdır. 21 Quti elbəyinin siyahısı Qədim Azərbaycanda qurulmuş Quti Elinii demokratik qurum olduğunu aşkar göstərir. Quti elbəylərinin qədim türk adı daşıması da dilimizin tarixi üçün maraqlı qaynaqdır. Belə ki, dörd elbəyin adında Yarlaq Sarlaq sözü (Yarlaqaş, Yarlaqanda, Yarlaqab və Sarlaqab) vardır, İnqeşuş (İnqesüz), İmta, İnimabakeş (İnim Abakeş), Elulumeş (El-ulu), Tirikan və Kurum adları da qədim türk antroponimləridir. Sonuncu adı (Kurum xan) türk hökmdarları hətta orta əsrlərə qədər daşımışdır.

İ.M.Dyakonov Quti sülaləsinin süqutundan bir neçə il sonra “çarlar siyahısı” nın üzünü köçürən Babil katiblərindən birinin “əvvəllər qutilərin çarı yox idi” sözləri ilə başlayan qeydini əsas tutaraq, Quti Elinin ibtidai icma quruluşunda olduğunu, quti elbəylərinin çar deyil, tayfa başçısı, hərbi sərkərdə olduğunu sübut etməyə çalışır. Hörmətli alim bu katibin həmin sözlərdən sonra məhz “Quti çarları” siyahısının “İmta çar oldu” ifadəsi ilə davam etməsini də katibin səhvi hesab edir. Lakin digər katiblər də bu “səhv”i etmişlər. Həm də nəzərə almaq lazımdır ki, o dövrün savadlı katibləri, hadisələrin içində yaşayan mirzələr şah ilə qəbilə başçısını, sərkərdəni bizdən daha yaxşı ayırd edə bilirdilər. İkinci bir tərəfdən, necə olur ki, Şumer kimi bir dövlət yüz il kənar bir qəbilənin sərkərdəsi və ya qəbilə başçısı tərəfindən əmin-amanlıq şəraitində idarə olunurdu?

Doğrudur, qutilər əvvəllər bəyliklər şəklində hərbi-demokratiya qurumu ilə yaşayırdılar, Babil katibinin dediyi kimi, əvvəllər çarları yox idi, ilk çarları İmta oldu, sonra siyahıdakı digərləri. Yəni quti elbəy sülaləsi, İkiçayarası katibinin baxışına görə, Enridavazir ilə deyil, İmta ilə başlandı. Və burada təəccüblü heç nə yoxdur. 2200-ci ilə qədər qutilərin birləşdirdiyi 70 budui birliyi artıq həmin ildən rəsmi olaraq Quti Eli kimi tanındı, İmta bu elin elbəyi seçildi. Bu da doğrudur ki, qutilər mədəni inkişaf səviyyəsinə görə Şumer xalqından geri qalmışdı və nəzarəti altında olan geniş əraziləri idarə edəcək çoxsaylı dövlət məmurları da yox idi. Ona görə də çox yerdə yerli idarə orqanlarını və ensilərin (yerli hökmdarların) irsi hakimiyyətini saxlamışdılar. Mərkəzi hakimiyyət isə, yuxarıda deyildiyi kimi, demokratik seçkilərlə həyata keçirilirdi. Kurumdan sonrakı Quqi elbəylərindən bəzilərinin, xüsusilə 2 illik elbəyi dövründəkilərin Akkad adları daşıması onu göstərir ki, 2140-cı ildən sonra quti bəyləri İkiçayarasındakı dilin və mədəniyyətin təsir dairəsinə düşmüşdülər. Lakin belə təsirin qarşılıqlı məqamları da olmuşdur. Şumer dilindəki türk sözlərinin çoxu Quti sülaləsinin buradakı 100 illik hakimiyyəti dövrünün yadigarıdır.

Qədim Dünya tarixində önəmli yer tutan və ilk demokratik dövlət olan Quti Eli təkcə Azərbaycan üçün deyil, dünya xalqlarının indi qurmaq arzusunda olduğu demokratiya üçün də tarixi örnəkdir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir