Onlayn Kitablar

Azər Xalqı

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Azərbaycan tarixi barədə çoxlu kitablar yazılmasına baxmayaraq, 40 milyon Azər xalqının ulu yurdu olan Azərbaycan ikiyə ayrıldığı kimi, onun tarixinə və soykökünə baxışda da iki əks fikir yaranmış və bu sahə ilə məşğul olan alimlər iki cəbhəyə ayrılmışdır: 1. Azər xalqını Azərbaycana gəlmə hesab edənlər, 2. Azər xalqını Azərbaycanın yerli əhalisi sayanlar. Birinci konsepsiya ilə xeyli kitab yazılmışdır, lakin ikinci fikrin tərəfdarları Sovet senzurasının basqısı altında geniş və fundamental əsərlər ortaya çıxarmaq imkanından məhrum olmuş, yalnız kiçik həcmli yazılar və tək-tük məqalə çap etdirə bilmişlər. Prof. Ə. Dəmirçizadənin 1947-də yazdığı “Azər dilinin tarixi” kitabı isə elə həmin il qadağan edilib yandırılmışdır. Ancaq belə yazıların sayı son 20 ildə artmağa başlamışdır ki, bunların sırasına Prof. Firudin Ağasıoğlu Cəlilovun məqalələri də daxildir. Müxtəlif illərdə cap olunmuş məqalələr toplusu olan bu kitabda oxucu Azər xalqının qədim tarixi, coğrafiyası, dili və etnoqrafiyası ilə tanış ola biləcəkdir. Kitab Azər türklərini sevən və onun milli tarixinə hörmət edənlər üçün nəzərdə tutulmuşdur. Dünyanın bir neçə Türk dillərinə tərcümə edilən bu Bestselleri Siz də oxuyun.

Daş Baba

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdə göründüyü kimi, türkün daş yaddaşı da minillər boyu ayrı-ayrı bölgələrdə daşdan yapdığı daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş bədizlərdə (heykəllərdə), fiqurlarda yaşamaqdadır və həmin yaşantını əks etdirən bəlgələrin yorumu bu bitikdə verilmişdir. Ön Asiyada 5-6 minil öncə prototürk boylarının etnoqrafiyasında yaranan daşbaba gələnəyi, buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılmışdır. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə bulunan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli bəlgələr kimi sistemli şəkildə yeni türkoloji Urmu teoriyası işığında araşdırılmış, sonuclar elmi-populyar üslubda verilmişdir.

II Bitik

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Azərbaycan türklərinin İslamaqədərki tarixindən bəhs edən bu əsərin II cildində azər xalqının tarixi-etnik coğrafiyası araşdırılmışdır. Urmu teoriyası baxımından öyrənilən oykumenlər, etnik demoqrafiya, kosmonimiya, biosfer, yollar, coğrafi durum, areal izoqlosları, adı və yeri dəyişən toponimlər, çay və dağ adları kimi məsələlər diqqətə alınaraq, prototürk və protoazər boylarının ilkin Atayurdunun coğrafi koordinatları müəyyən edilmiş, tarixi köçlər haqqında yeni baxıĢ ortaya qoyulmuşdur. Burada Alban, Aran, Atropaten, Azərbaycan və Ərməniyə adlarının əvvəlki etimologiyalarından fərqlənən yeni açımı verilir. Bu ölkə adlarının (xoronimlərin) yeni yozumu yazılı qaynaqlardakı bəlgələrin etnolinqvistik tədqiqi ilə yorumlanmışdır.

Tanrı Elçisi İbrahim

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Peyğəmbərlər arasında “Tanrının dostu” (Xəlilullah) adını qazanmış və bəzi xalqların atası sayılan Hz. İbrahimin (a.s.) ölkəsi, dövrü, həyatı, soyu, ailəsi və qaynaqlarda onun nəslindən törəyənlər haqqında verilən bilgilər işığında yazılmış bu kitabcıq; Tək Tanrı inancının (xənif) qədim Güney Azərbaycanın qonşuluğundan (Babildən) batıya, Fələstin torpaqlarına daşınmasına həsr edilmişdir. Məşhur formada yazılan bu əsərin son bölümündə İbrahimin soyunun qədim Azər xalqı ilə ilgisinə də diqqət çəkilmişdir.

Lidiya Kralı Krez Azərbaycanda

F. Ağasıoğlu və Y. Bağırzadə
F. Ağasıoğlu və Y. Bağırzadə

Tarixin ən dəyərli bəlgələri daşlardır, üzərində yazısı olan daşlar, başqa nəsnələr üzərindəki bəlgələrdən fərqli olaraq, yazılı daşların ömürü daha uzun olur. Qayalar üzərində çizilən işarələr günümüzə qədər hələ yazının meydana çıxmadığı dönəmlərdən qalmışdır. Bunun örnəyini yaşı minilləri ötən Gəmiqaya və Qobustan qaya rəsmlərində görmək olur. Bu baxımdan, üzərində yazısı olan hər bir daşın tapılması tarixin yeni səhifəsinin açılmasına səbəb olur. Belə daşların Azərbaycanda tapılması, özəlliklə Miladdan öncəki yüzillərin ovqatını yansıtması baxımından daha çox önəm daşıyır, çünki Azərbaycan tarixinin ən qaranlıq və mübahisəli məsələləri həmin dönəmlərə aiddir. Yusif Bağırzadənin illərlə toplayıb yığdığı tarixi nəsnələr sırasında Antik çağa aid bir neçə yazılı daş da vardır. Burada Yusif bəyin kolleksiyasında toplanmış qədim möhürlər, kiçik insan və heyvan fiqurları haqqında deyil, yalnız bir neçə yazılı daşdan söhbət açmaq istəyirik. Məqsəd isə bu daşlardakı təsvir və yazılar üzərində elmi araşdırma aparmaq deyil, burada onların yalnız görüntülərini verib uzmanlara tanıtmaqdır, oxuculara isə sadəcə, yazılı daşların hazırlandığı dövrə baxmaq üçün o cağlarda baş verən olaylarda birbaşa iştirak etmiş türk boyları (man, mad, saqa, qamər) və lidiyalılar haqqında ümumi məlumatlar verməkdir. Ona görə də, daş üzərindəki yazıda adı keçən Lidiya kralı Krez, Pers şahı Kuruş və onlarla ilgili yunan filosofu Solon, türk elbəyimi Tomiris (Tumruz), tarixi olaylar, qurulan və dağılan dövlətlər haqqındakı tarixi bəlgələrdən bəhs edilir. İlk dəfə çap olunan buradakı yazılı daşlar üzərində araşdırma yapacaq uzmanlara başarı diləyir, alınacaq elmi nəticənin Azərbaycan tarixinə, özəlliklə, Saqa, Mada cağına və Selevkilər dönəmində yunan-türk əlaqələrinə bəlgə kimi daxil olacağını ümid edirik.

IV Bitik

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Firudin Ağasıoğlu. Azərbaycan türklərinin Islamaqədər tarixi. (Doq-quz Bitik); IV Bitik: Tarixi etnoqrafiya. Bakı, 2002, 465 səh.

Türk etnosunun Atayurdunu və mənşəyini Ön Asiyada müəyən-ləşdirən 9 cildlik «Azərbaycan türklərinin Islamaqədər tarixi» (Doq-quz Bitik) adlı əsər müəllifin bu sahədə apardığı 30 illik tədqiqatın sonucu kimi ortaya çıxmışdır. Bütovlükdə türk xalqlarının tarixini yeni konsepsiya olan Urmu teoriyası ilə ortaya qoyan bu əsər tarixi qaynaqlar, tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklor və mifologi-yada tarix, azər türkcəsinin tarixi, azər türklərinin soykökü kimi ayrı-ayrı cildlərdə verilən mövzuları əhatə edir.

Azərbaycanın ən qədim çağlarından Islamaqədərki dövrü əhatə edən IV cilddə qədim prototürklərin, protoazər və azər türklərinin et-noqrafiya tarixindən bəhs olunur. Bu Bitikdə türk etnosunun maddi və mənəvi kultur dəyərləri, kultur gələnəkləri və dünya mədəniyətinə verdiyi töhfələr gözdən keçirilir. Yazarın Urmu teoriyası IV Bitikdə etnoloji biliklərə, etnoqrafik bəlgələrə dayanır və Bitiyin sonunda bir neçə mövzu oçerklər şəklində «Əlavələr» bölməsində verilir.

Etrusk Türk Bağı

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Dünya tarixində sumerlər və basklar kimi qohumu olmayan, bəlkə tapılmayan yalqız xalqlardan biri də etrusklardır. Milad-dan öncə I minil boyu yaşamış bu xalqın xeyli yazı örnəkləri qalsa da, dili hələ 2000 il öncə ölü dillər sırasına girmişdir. Son 200 ildəsə minlərlə alim, uzman və həvəskar araşdırıcılar et-ruskların soykökünü tapmaq üçün etrusk dilini “açmaq” yolunu axtarır. Türkoloq F. Ağasıoğlunun yazdığı bu kitabda etruskların mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili haqqında məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs olunur. Elmi-populyar üslubda olan bu kitab müəllifin son 30 ildə türkologiya elminə gətirdiyi türk etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş yeni “Urmu nəzəriyəsi” əsasında yazılmışdır. Təkcə etruskların deyil, türklərin də mənşəyinə aydınlıq gətirən etrusk-türk əla-qələrinə aid yeni bəlgələr oxucular üçün maraqlı olacaqdır.

I Bitik

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Türkologiya elmində analogiyası olmayan doqquz cildlik “Azərbaycan türklərinin İslamaqədər tarixi” (9 Bitik) əsəri bu sahədə müəllifin apardığı 30 illik tədqiqatın nətcəsi kimi ortaya çıxmışdır. Türk xalqlarının tarixi bu əsərdə yeni konsepsiya ilə yazılmış, “Altay” nəzəriyəsinin əksinə olaraq, yazarın gündəmə gətirdiyi yeni “Urmu” nəzəriyəsilə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müəyyənləşmişdir. Tarixi qaynaqlar,tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklor və mifologiyada tarix, azər türkcəsinin tarixi və azər türklərinin soykökü ayrı-ayrı bitiklərdə verilmişdir. “Tarixi qaynaqlar” adlanan I Bitikdə milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Azər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və daş bəlgələr, qayaüstü rəsmlər, yazıöncəsi işarələr, damğalar və yazının yaranması digər türk xalqlarının tarixilə əlaqəli şəkildə tədqiq olunur və türk etnosunun formalaşma tarixindən başlayaraq İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxilində gözdən keçirilir. Türkologiyada ilk dəfə İslamaqədər qonşu xalqlar və dövlətlərlə olan əlaqələr verilmiş, tarixi faktlarla türklərin ilkin Atayurdunun Ön Asiyada olması göstərilmişdir. Bu isə böyük öndər Atatürkün uzaqgörənliklə “Anadoluda 7 minil öncə də türklər vardı” deyiminin gerçəkliyini açığa çıxardı.

III Bitik

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

“Altay” nəzəriyəsinin əksinə olaraq, “Urmu teoriyası” baxışı ilə türk etnosunun mənşəyini Ön Asiyada müəyyənləşdirən 9 cildlik “Azərbaycan türklərinin İslamaqədərki tarixi” (“9 Bitik”) adlı əsər müəllifin bu sahədə apardığı 30 illik tədqiqatın nətcəsi kimi ortaya çıxmışdır. Bütovlükdə türk xalqlarının tarixini yeni konsepsiya ilə ortaya qoyan bu əsər tarixi qaynaqlar, tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklor və mifologiyada tarix, azər türkcəsinin tarixi və azər türklərinin soykökü kimi ayrı-ayrı cildlərdə verilən mövzuları əhatə edir. Azərbaycanın ən qədim dövlətlərindən bəhs olunan III cilddə İslamaqədər Ön Asiyada, o cümlədən Azərbaycanda quralan türk dövlətləri, türk dövlətçilik gələnəyi, ordu və dövlət məsələləri yer almışdır. Bu cilddə türkologiyada ilk dəfə olaraq, bir neçə türk dövlətinin varlığı ortaya çıxarılmışdır.

Pazırıq Xalısı

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Keçən əsrin ortalarında Altaydakı Pazırıq kurqanında tapılan bir xalı 24-25 əsrlik yaşına görə dünyanın ən qədim xalısı sayılır. Peterburqda Ermitaj muzeyində saxlanan bu xalı haqqında bir çox xalçaçı uzmanların araşdırmaları olsa da, onun harada və hansı xalqa mənsub xalçaçılar tərəfindən toxunması üzərində aparılan mübahisə hələ də davam edir. Yazar bu kitabçada Pazırıq xalısının toxunma yeri və toxunma üsulu haqqında məlumat verib, onun üzərindəki rəsmlərin, naxış və ornamentlərin bildirdiyi simvolları şərh etmişdir. Yazara görə, Altayda bir türk xaqanının yas törəni üçün sifarişlə Qarabağda toxunmuş bu xalının elmi tədqiqi Qarabağın qədim tarixinə aydınlıq gətirməsi baxımından da böyük önəm daşıyır.

“Azerbaycan Dilinin Morfonologiyası” Adlı Eserinin Türkiye Türkçesine Aktarımı ve Azerbaycan Türkçesi ile Türkiye Türkçesinin Biçim Bilimsel Ses Bilim (Morfonologiya) Açısından Karşılaştırılması

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

Biçimsel ses bilgisi dil bilgisinin dilin ses sistemi ile sözcük yapısı arasındaki etkileşimini konu alan dalıdır. Türkiye’de doğrudan biçimsel ses bilgisi başlıgı ile yapılmış bir çalışma bulunmamaktadır. Çalışmamızda bu alanda yapılacak incelemelere kaynak olması amacıyla Feridun Agasıoglu Celilov’un “Azerbaycan Dilinin Morfonologiyası” adlı eseri Türkiye Türkçesine aktarılmıştır. Celilov’un bu çalışmasında biçimsel ses bilgisinin temel bilgileri verilmektedir. Eser, Azerbaycan Türkçesi temel alınarak Türkçenin biçimsel ses bilgisi üzerine yapılmış ilk çalışma olması nedeniyle oldukça önemlidir. Çalışmada ayrıca Azerbaycan Türkçesi ve Türkiye Türkçesi genel olarak biçimsel ses bilgisi özellikleri açısından karşılaştırılmıştır.

Qədim türk eli / Saqa-qamər boyları

Firudin Ağasıoğlu
Firudin Ağasıoğlu

“Altay” nəzəriyyəsinin əksinə olaraq, türk etnosunun mənşəyini Ön Asiyada müəyyənləşdirən tanınmışdilçi-türkoloq professor Firudin Ağasioğlu türk xalqlarının, o cümlədən azər xalqının tarixinə aid bir sıra əsərləri ilə oxuculara yaxşı tanışdır. Onun qısa müddətdə bir neçə dəfə təkrar nəşr olunmuyş “Azər xalqı” kitabı dərin maraq və rəğbətlə qarşılanmışdır. Alimin azər türklərinin İslamaqədərki tarixini əhatə edən, “Doqquz bitik” adlanan 9 cildlik kitabının artıq 3 kitabı işıq üzü görüb. “Saqa-qamər boyları” adlı bu kitabça isə Azər xalqının soykökündə mühüm yer tutan saqa (skit) və qamər (kimmer) boylarının m.ö. VIII-VII əsrlərdə Güney Qafqaza qayıdışı, onların Doğu Anadolu və qədim Azərbaycanda qurduqları Qamər bəyliyi ilə Saqa eli (dövləti) haqqında tarixi qaynaqlar üzrə yazılmışdır.