Posted on

“Etrusk-Türk bağı” kitabı təqdim olundu

İyunun 7-də “Park İnn”də Firudin Ağasıoğlunun (Cəlilov) “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib.
Tədbiri tanınmış jurnalist Sevil Nuriyeva açıb. Qonaqları salamlayan aparıcı Firudin Cəlilovun 1975-ci ildən etrusk türkləri ilə bağlı araşdırma apardığını bildirib.
Müəllif özü isə kitab barədə ətraflı məlumat verib. Deyib ki, digər yazılı əsərlərdən, materiallardan istifadə etdiyi bu kitabı iki ilə yazıb ərsəyə gətirib. Firudin Cəlilov vurğulayıb ki, indi də dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü etrusklardan gəlir. Latın əlifbası da məhz etrusk əlifbasından yaranıb. Müəllif onu da qeyd edib ki, etrusklar özlərinə “rasna” deyiblər ki, bu da “Araz” sözündən gəlir.
Qeyd edək ki, “Oğuz eli” İctimai Birliyinin köməkliyi ilə çap olunan “Etrusk-Türk bağı” kitabının elmi redaktoru Nail Vəliyevdir. Kitabda etruskların mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili haqqında məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs olunur. elmi-populyar üslubda yazılan bu kitab müəllifin son 30 ildə türkologiya elminə gətirdiyi türk etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş yeni “Urmu nəzəriyyəsi” əsasında yazılıb.

Xəyalə Muradlı

2011-ci il

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir